00:00:00
Yazar
Səmayə Səftərova
27.10.2026 20:52 20 1 dəq oxuma
Siyasət

Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib

Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib

Rusiya Böyük Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.

TASS-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Nazirlik bildirib ki, qərar Londonun Moskvaya qarşı yürütdüyü düşmənçilik siyasətinə cavab olaraq qəbul edilib.

Rusiya XİN-in açıqlamasında Böyük Britaniyanın hərbi sənaye kompleksi üçün “müdafiə dividendi” barədə bəyanatlarının Londonun Ukraynaya münasibətdə mənfəətə əsaslanan yanaşmasını nümayiş etdirdiyi iddia olunub.

Nazirlik həmçinin Londonu özəl Britaniya şirkətlərinin maliyyə maraqları naminə Ukraynanın dövlətçiliyini qurban verməkdə ittiham edib.

#Rusiya #Böyük Britaniya #sanksiya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər