00:00:00
Yazar
Nərmin Həşimova
20.05.2026 21:38 42 1 dəq oxuma
Siyasət

Rusiya-Çin xəttində yenilik: Putinin Çin səfəri- ŞƏRH

Rusiya-Çin xəttində yenilik: Putinin Çin səfəri- ŞƏRH

Rusiya Prezidenti Vladimir Putin Çinə səfər edib. Bu barədə TASS məlumat yayıb. Rusiya lideri 19 və 20 may tarixlərində Pekində olacaq.


Mövzu ilə bağlı politoloq Əziz Əlibəyli “İnformator.az”a açıqlamasında bildirib ki, bu məlumdur ki, Trampın səfərindən sonra Putin də getməlidir:


“Sibir üzərindən yeni bir Rusiya-Çin qaz kəmərinin planı var. Onu razılaşdırmaq var. Dünyada savaş gedir. Həm İran məsələsi, həm Ukrayna savaşı da müzakirə olunmalıdır. Dünyanın, Trampın dediyi kimi iki super dövlət var. Çin və Amerika. Amma Rusiya bu prosesin harasındadır? Onu müəyyən etməlidir. Görünür ki, həm İran, həm Ukrayna müharibəsi ilə bağlı hər şey, proseslər bu səfərlə də öz yekununu əldə edəcək”.


Nuray Əliyeva

#Putin #Çin #Rusiya #səfər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər