00:00:00
Yazar
Admin User
04.02.2026 14:18 122 2 dəq oxuma
Siyasət

“Rusiya danışıqlarda irəliləyiş əldə edəcəyi halda sanksiyalar yumşaldıla bilər”

“Rusiya danışıqlarda irəliləyiş əldə edəcəyi halda sanksiyalar yumşaldıla bilər”

Ukraynadakı müharibə ilə bağlı Avropa ilə Rusiya arasında birbaşa danışıqların bərpası üçün hazırlıq işləri davam edir, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.

 

Mövzu ilə bağlı 'İnformator.az"a açıqlamasında sabiq millət vəkili Yusif Bağırzadə bildirib ki, əvvəldən Rusiya tərəfi danışıqlar masasında Avropanın, xüsusilə, Avropa İttifaqının nümayəndələrinin iştirakında maraqlı olub:

 

"Bunun səbəbi Rusiyaya qarşı sanksiyaların Avropa İttifaqı səviyyəsində hazırlanması və tətbiq edilməsidir. Sonra ABŞ də bu sanksiyalara qoşulub və hazırda Avropa İttifaqı ilə birlikdə Rusiyaya qarşı məhdudiyyətlər davam edir. Rusiyaya məxsus təxminən 300 milyard dollar həcmində vəsait Avropa banklarında, Brüsseldə saxlanılır. Rusiya tərəfi danışıqlarda irəliləyiş əldə olunacağı təqdirdə Avropa İttifaqının sanksiyaları tədricən yumşaltmasını istəyir. Makronun son açıqlamaları Rusiyanın mövqeyinə uyğun yanaşma kimi qiymətləndirilir. Bu mövqe ilə bağlı Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə dəfə narazılığını ifadə edib və danışıqların formatı, gedişi və keçirilmə yerinin məhz Ukraynanın razılığı ilə müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. Avropa İttifaqına üzv dövlətlərlə Rusiya arasında texniki rabitə kanalları bağlı qalır və son sanksiya paketlərində Rusiya diplomatlarının Avropa ölkələrinə giriş-çıxışına da məhdudiyyətlər tətbiq olunub. Zelenski bildirib ki, müharibədə real irəliləyiş üçün Rusiya və Ukrayna prezidentlərinin birbaşa görüşü zəruridir və bu görüş ABŞ prezidentinin iştirakı ilə və ya başqa formatda baş tuta bilər. Bununla yanaşı, “The New York Times” agentliyinin yaydığı məlumatlara görə, Rusiya bu danışıqlardan sanksiyalardan yayınmaq və gələcəkdə Ukraynanın daha geniş ərazilərini nəzarətə götürmək məqsədilə istifadə etməyə çalışa bilər".

 

Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər