00:00:00
Yazar
Admin User
04.02.2026 17:09 67 2 dəq oxuma
Siyasət

“Rusiya ilə danışıqlara getmək üçün ciddi güzəştlər tələb olunur ”

“Rusiya ilə danışıqlara getmək üçün ciddi güzəştlər tələb olunur ”

Rusiyanın bu gün həyata keçirdiyi hücumdan sonra Ukraynanın danışıqlar komandası işini müvafiq şəkildə tənzimləyəcək. Moskva diplomatiyanı ciddi qəbul etmir. Onun sözlərinə görə, Rusiya ABŞ-nin qısamüddətli atəşkəs təklifindən diplomatiyanı dəstəkləmək üçün yox, raketləri toplamaq və ilin ən soyuq günlərini gözləmək üçün istifadə edib.

 

Bu mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a bildirib ki, Rusiya ilə danışıqlar indiki məqamda çox çətindir:

 

“Rusiya ilə danışıqlara getmək üçün ciddi güzəştlər tələb olunur və rəsmi Moskva indiyədək Kiyevdən istədiklərini tam əldə edə bilməyib. Buna görə də Rusiya həm hücumların miqyasını artırır, həm də işğalın arealını genişləndirməkdə maraqlıdır. Əslində Rusiyanın buradakı əsas məqsədi Avropanın və Amerikanın təzyiqlərinə bənzər oxşar addımlarla cavab verməkdir. Yəni verilən mesaj çox aydındır. Rusiya müharibəni hələ bir neçə il davam etdirə biləcəyini göstərir. Amma Avropa bunu edə bilərmi? Məncə bu qədər mümkün görünmür. Çünki nə Avropa İttifaqının, nə də Amerika Birləşmiş Ştatlarının Ukraynaya hələ bir neçə il təmənnasız yardım göstərmək niyyəti var. Rusiya bunu yaxşı bilir və bundan istifadə etməyə çalışır. Rusiyanı danışıqlara gətirmək üçün alternativ vasitələrdən istifadə etmək lazımdır. Ümumiyyətlə, müharibəni cəbhədə aparmaqdansa Rusiya daxilinə fokuslanmalı idi. Əgər ABŞ və Avropa İttifaqı Rusiyanın daxilində, o cümlədən Dağıstan, Tatarıstan və Başqırdıstan kimi regionlarda təzyiq mexanizmlərindən istifadə etsəydi, böyük ehtimalla bu gün Ukrayna mövzusunda fərqli reallıqlardan danışmaq mümkün olar”.

 

Həmçinin şərhçi qeyd edib ki, hazırda Ukraynanın danışıqlar komandasındakı dəyişikliklər prosesinə real təsir göstərməsi inandırıcı deyil:

 

“Bu məsələdə Ukrayna güzəşti böyük getməlidir. Rusiyada güzəştlərin qanun olmalıdır. Amma tərəflər hazırda burada maraqlı deyil. Amerika Birləşmiş Ştatlarının mövqeyi də dəyişməyib. Tərəflərin güzəştə getməsini və sülh üçün kompromis variantının nəzərdən keçirilməsini istəyir. Təbii olaraq bu hələlik gözlənti bu yöndə olsa da, Ukrayna və Rusiyanın məsələyə baxışları təəssüf ki, həm fərqlidir, həm də müəyyən mənada eynilik təşkil edir. Eyni təşkil edən əsas məsələ güzəşti edibdir, yəni istənilən səviyyədə güzəştin olmamasıdır. Amma fərq də ondan ibarətdir ki, Rusiya işğal etdiyi ərazilərdən əlavə işğal etməyi planladığı əraziləri də istəyir ki, bu, Ukrayna tərəfi üçün qəbuledilməz bir şeydir və danışıqlara ən böyük maneə törədən məsələlərdən biri budur”.


Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər