“Rusiya ilə İran regionda gərginliyin və separatçılığa meylin nüvəsini təşkil edir”
"ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycan və Ermənistana səfərinə sayılı günlər qalıb. Bu səfər regionumuzda ABŞ-nin geosiyasi maraqlarının irəliləməsi baxımından mühüm mərhələlərdən biri olacaq. Bu, təbii regional geosiyasi rəqabətdir, hazırkı mərhələdə üstünlük ABŞ-nin tərəfindədir",- deyə Sərkisyan bildirib.
Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ regionda öz üstünlüyü təmin etmək, əsasən Rusiya maraqlarına qarşı rəqabət aparmaq istəyir:
“Bu maraqlar əsasən iqtisadi və ticari xaraktetlidir. Bunun üçün də regionda sabitlik və təhlükəsizlik tam təmin olunmalıdır. Ermənistan və Azərbaycan arasında istərsə də, Türkiyə-Ermənistan arasında normal münasibətlərin qurulması ABŞ üçün də maraqlıdır. ABŞ-nin regionda fəallaşması sülh prosesinə töhfə verə bilər, həmçinin Rusiya təsirini azalda bilər. Eyni zamanda söhbət Rusiyadan gedirsə, ABŞ balans məsələsində də üstünlüyü ələ ala bilər. Təbii ki, burada qarşılıqlı maraqlar və razılaşmalardan söhbət gedir. ABŞ-nin Cənubi Qafqaza daha çox diqqət ayırması əsasən də İran təhlükəsi ilə bağlıdır. Rusiya ilə İran regionda gərginliyin və separatçılığa meylin nüvəsini təşkil edir. ABŞ-nin isə maraqları fərqlidir və o, bu təhlükəni dəf etməklə region ölkələrini və öz maraqlarını Rusiya təhdidindən qorumağa məcburdur. Ümumiyyətlə Türkiyə, ABŞ, Ermənistan və Azərbaycan arasında gedən proseslər həm region, həm də sözü gedən ölkələr üçün daha əlverişli, müsbət nəticələrə gətirib çıxara bilər”.
Aytac İbrahimova
