00:00:00
Yazar
Admin User
25.12.2015 07:20 540 1 dəq oxuma
Dünya

Rusiya İranın hərbi bazasından istifadə edir – İddia

Suriyadakı hədəfləri vurmaq üçün İranın üstündən keçən Rusiya döyüş təyyarələrinə İran ordusunun “hava məkanını və bəzi hərbi bazalarını istifadə etmə” üçün güzəşt edildiyi iddia edilib
Rusiya İranın hərbi bazasından istifadə edir – İddia

Suriyadakı hədəfləri vurmaq üçün İranın üstündən keçən Rusiya döyüş təyyarələrinə İran ordusunun “hava məkanını və bəzi hərbi bazalarını istifadə etmə” üçün güzəşt edildiyi iddia edilib.

İnformator xəbər verir ki, mərkəzi Vaşinqtonda yerləşən Anerika Sənaye institutu yanında fəaliyyət göstərən “Həssas təhdidlər” qrupunun yayımladığı “Suriyadakı Rus-İran hərbi koalisiyası dərinləşə bilər” başlığı ilə verilən məlumatda noyabrın sonundan etibarən Rus Tu-95MS Bear və Tu-22M Backfire tipli döyüş təyyarələrinin İran hava məkanından İran döyüş təyyarələrinin müşaiyəti ilə keçdiyi iddia edilir.

Rusiyanın Suriyadakı əməliyyatlarını istədiyi ölçüdə həyata keçirə bilmək üçün bundan sonra İranın hərbi imkanlarından daha çox faydalanmaq istəyəcəyinə diqqət çəkən məlumatda Rusiyanın Suriyadakı hava hücumları etdiyi yerdə Şahid Nojeh bazanın xüsusi avantaja malik olduğu deyilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər