“Rusiya NATO ilə müharibədə fəlakət vəziyyətlə üzləşər”- Xaqani Cəfərli
ABŞ Prezidenti Donald Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyi planlaşdırmadığına əmindir.
Bu barədə Tramp “Axios” portalına müsahibəsində bildirib.
Mövzu ilə bağlı siyasi şərhçi Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiyanın NATO-ya hücumu intihar olar:
“Tramp daxil, əksəriyyət Putinin belə bir səhvə yol verəcəyini düşünmür. Ukraynaya qalib gələ bilməyən, ordusu böyük ölçüdə məhv olan Rusiya müsir silah və texnikaya malik NATO ölkələrinin hərbi əməliyyatlara qoşulması halında fəlakət vəziyyətlə üzləşər. Rusiyanın nüvə silahı tətbiq edəcəyi halda cavab zərbəsi ilə üzləşəcəyi də böyük ölçüdə ehtimal olunur. Unutmaq lazım deyil ki, ABŞ-dən başqa Böyük Britaniya və Fransa da nüvə dövlətidir. Üstəlik, bu ölkələr “nüvə üçlüyü”nə malikdir. Bundan başqa ABŞ-nin beş Avropa dövlətində nüvə başlıqları, onların daşıyıcıları var. Rusiyada ağlı başında olan hər kəs anlayır ki, Moskva və Sankt -Peterburqa iki nüvə başlığının düşməsi yetərlidir ki, Rusiya məhv olsun.Ancaq Putin və yaxın ətrafı müharibədən sonra başlarına nələrin gələcəyini bildikləri üçün hər cürə cinayətə əl ata bilərlər. Ona görə də NATO daxilində Rusiya təhlükəsi ilə bağlı fikir ayrılıqları var. Trampın açıqlamaları da bu ziddiyətləri dərinləşdirir”.
Nuray Əliyeva