00:00:00
Yazar
Ayşən Səlimova
02.03.2026 20:48 28 1 dəq oxuma
Siyasət

Rusiya səfirliyi Azərbaycana təşəkkür edib

Rusiya səfirliyi Azərbaycana təşəkkür edib

Rusiyanın Bakıdakı səfirliyi İrandan Rusiya vətəndaşlarının təxliyəsində göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib. Bildirilib ki, Astara sərhəd-keçid məntəqəsindən istifadə edən təxminən 500 Rusiya vətəndaşına kömək göstərilib.

 

Mövzu ilə bağlı politoloq Tənzilə Rüstəmxanlı “İnformator.az”a açıqlamasında bildirib ki, dövlətlərarası münasibətlər və qonşuluq əlaqələri müəyyən məsuliyyətlər tələb edir:

 

“Bu gün Azərbaycan beynəlxalq diplomatik qaydalara uyğun şəkildə hərəkət edir və üzərinə düşən humanitar missiyanı yerinə yetirir. Diplomatiya və beynəlxalq münasibətlər hansı davranışı tələb edirsə, Azərbaycan da məhz o cür davranır. Görəsən, Rusiya eyni vəziyyətdə Azərbaycana qarşı bu cür münasibət göstərərdimi? Azərbaycanın dövlət əxlaqı var. Azərbaycan Rusiya ilə münasibətlərdə hər zaman səbirli mövqe nümayiş etdirib və diplomatik əlaqələrin, eləcə də qonşuluq münasibətlərinin pozulmaması üçün ardıcıl addımlar atıb. Azərbaycan beynəlxalq diplomatiyanın tələb etdiyi bütün addımları atıb. Bu humanitar təxliyələrdə fəal iştirakı isə ölkəmizin regionda qüdrətli dövlət olduğunu, dövlətçilik ənənələrini və siyasi əxlaqını nümayiş etdirir”.

 

Politoloq əlavə edib ki, bu cür addımlar Rusiya-Azərbaycan münasibətlərinin yumşalmasına xidmət etməlidir:

 

“Azərbaycan, Rusiyanın atdığı addımlardan asılı olmayaraq, humanitar məsələlərdə daha ədalətli və mərhəmətli mövqe sərgiləyib. Bu, ölkəmizin regionda artan nüfuzunun və vasitəçilik missiyasının göstəricisidir. Azərbaycan gələcəkdə də ölkələrarası münasibətlərdə sülh və barışığın təmin olunmasında vasitəçi rolunu layiqincə yerinə yetirəcək gücə sahibdir”.

 

Mələk Hüseynova

#edib #xəbər #rusiya #azərbaycan #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər