Rusiya Türkmənistanla birlikdə terrorizmə qarşı mübarizə aparmaqda maraqlıdır
Moskva Aşqabatla terrorizmə qarşı mübarizə, narkotik vasitələrin dövriyyəsi və mütəşəkkil cinayətkarlıq2la mübarizə daxil olmaqla ikitərəfli və beynəlxalq məsələlərdə əməkdaşlığı gücləndirməyə ümid edir.
İnformator “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu Ruisyanın xarici İşlər naziri Sergey Lavrov deyib. Ticarət və iqtisadi əməkdaşlıqla məşğul olan hökumətlərarası komissiya fəal şəkildə öz işinə başlayıb.
“Biz terror təhlükəsinə, narkotik dövriyyəsi və mütəşəkkil cinayətkarlığa qarşı hərəkətlərimizi koordinasiya etməkdə maraqlıyıq”,- Sergey Lavrov Aşqabadda Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşü zamanı deyib.
“Biz humanitar və mədəni əlaqələrə də diqqət yetirmənizi yüksək qiymətləndiririk”,- nazir əlavə edib.
