00:00:00
Yazar
Admin User
05.02.2026 16:22 61 2 dəq oxuma
Siyasət

“Rusiya təcavüzkarlığına son qoymalıdır”

“Rusiya təcavüzkarlığına son qoymalıdır”

Latviya Baş naziri Evika Silinya və Estoniya Prezidenti Alar Karis Avropa İttifaqı ilə Rusiya arasında birbaşa danışıqların yenidən başlanmasının vacibliyini vurğulayıblar. Estoniya Prezidenti Alar Karis geosiyasi şəraitin dəyişdiyini qeyd edərək, Avropanın proseslərdə roluna diqqət çəkib və dialoqun olmamasından təəssüf etdiyini bildirib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət "İnformator.az"a açıqlamasında bildirib ki, Avropa əslində həmişə dialoq tərəfdarı olub:

 

"Sadəcə olaraq indi Baltik ölkələrinin mövqeyi ilə bunu gündəmə gətiriblər. Avropa doğrudan da bir dialoq müstəvisidir. Avropa bütün problemlərin dialoq və danışıqlar yolu ilə həllinə üstünlük verir. Onlar Ukrayna müharibəsi başlamazdan öncə də, başladıqdan sonra da dəfələrlə buna cəhd ediblər. Sadəcə Rusiya dialoqdan qaçan tərəfdir. Görünür, indi Avropa Birliyində belə qərara gəliblər ki, Baltik ölkələri keçmiş SSRİ-nin bir hissəsi olub və Rusiya ilə eyni geosiyasi müstəvidə yer alıblar. Rusiya mövqeyini diktə etməyi sevir və nəticələri də hamımız görürük. Bu dialoq baş verərsə, birinci məsələ Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması olmalıdır. Ümumiyyətlə, Rusiya təcavüzkarlığına son qoymalıdır. Bu baş verəcəyi təqdirdə, Avropa üçün də üstünlük olacaq, çünki müharibəni bitirən və ya ən azından atəşkəsə nail olan tərəf qlobal müstəvidə daha kəsərli söz sahibi olacaq. Bu sahədə Avropa Birliyinin buna çox ciddi ehtiyacı var. Amerika Birləşmiş Ştatlarının önə çıxması fonunda bunun olması Avropa Birliyi üçün həqiqətən də hava və su kimi lazımdır. Ən əsas məsələ də odur ki, Avropa Birliyinin, ümumiyyətlə, müharibə problemi var, çünki onların normal orduları yoxdur. Sabah Rusiya təcavüzkarlığını Ukraynanı keçib də Avropa Birliyi istiqamətində davam etdirərsə, onların çox ciddi problemləri yaranacaq. Avropa gəncləri, Avropa kişiləri müharibəyə hazır deyil. Onlar hətta bütün Avropanı atıb qaçıb özləri üçün Afrikada, Avstraliyada yaşamağa belə üstünlük verə bilərlər. Amma Ukrayna xalqı kimi müharibə dirənişi göstərə bilməzlər. Söhbət əlbəttə hamıdan getmir, amma ümumi mənzərə bundan ibarətdir. Çünki normal ordular yoxdur, normal vətənpərvərlik işi qurulmayıb. Ondan savayı əhalidə müharibə ilə bağlı psixoloji hazırlıq səviyyəsi aşağıdır. Ona görə bu dəqiqə Avropanın Rusiya ilə dialoqa çox ciddi ehtiyacı var. Rusiyanın özünün isə bu dialoqdan qaçacağı şübhəsizdir. Yəni Ukrayna müharibəsinin yaxın vaxtlarda bitəcəyini proqnozlaşdırmaq özü də Avropa Birliyinin vasitəçiliyi ilə o qədər də ağlabatan görünmür".


Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər