Rusiya-Ukrayna sülh cəhdləri uğursuzluğa düçar olub?
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan NATO-nun baş katibi Mark Rutte ilə birgə keçirdiyi mətbuat konfransında Rusiya–Ukrayna müharibəsindəki son vəziyyəti dəyərləndirib.
Zelenski bildirib ki, ABŞ prezidenti Donald Trampın təklifi ilə Rusiya Ukraynanın enerji infrastrukturuna hücumları bir həftə müddətinə dayandırmağa razılaşıb. Lakin onun sözlərinə görə, Rusiya bu razılaşmaya əməl etməyib:
"Ruslar bu müharibədə Amerika tərəfinin səylərini bir daha görməməzliyə vurublar".
Ukrayna lideri qeyd edib ki, razılaşmanın pozulması cümə gecəsindən etibarən başlayıb və rus tərəfi verdiyi vədə əməl etməyib. Zelenski Rusiyanın hava hücumları ilə bağlı ABŞ tərəfinin məlumatlandırılacağını vurğulayıb.
Aydan Əsgərxanlı
CNN Türk
