00:00:00
Yazar
Aysel Mirzəyeva
03.03.2026 21:30 25 1 dəq oxuma
Siyasət

“Rusiya və Çin üçün əsas məsələ strateji balansın qorunmasıdır” - ŞƏRH

“Rusiya və Çin üçün əsas məsələ strateji balansın qorunmasıdır” - ŞƏRH

İrana qarşı Amerika-İsrail hərbi əməliyyatının məqsədi Tehranda hakimiyyətin zorla dəyişdirilməsinə yönəlməyib, lakin belə bir dəyişiklik artıq baş verib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Ülviyyə Zülfiqar “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və İsrail İrana qarşı həyata keçirilən hərbi əməliyyatların rəsmi olaraq rejim dəyişikliyini hədəfləmədiyini qeyd edib:

 

“Lakin hərbi əməliyyatların daxili siyasi sistemə dolayı təsiri qaçılmazdır. Təhlükəsizlik mühiti kəskinləşdikcə islahat gündəliyi arxa plana keçir. Bu prosesdə Rusiya və Çin üçün əsas məsələ strateji balansın qorunmasıdır. Yəni rejim dəyişikliyi rəsmi hədəf olmasa belə, hərbi əməliyyatların daxili siyasi dinamikanı dəyişdirməsi mümkündür. Lakin bu dəyişikliklərin istiqaməti-liberallaşma, yoxsa daha sərt idarəetmə modeli təhlükəsizlik vəziyyətinin inkişafından və beynəlxalq təzyiqin davamlılığından asılı olacaq. Regionda qısa müddətli taktiki üstünlüklər əldə olunsa belə, uzunmüddətli sabitliyin təmin olunması hələ də açıq sual olaraq qalır. Enerji və iqtisadi faktor da mühüm rol oynayır. Hərbi əməliyyatların uzanması neft bazarlarında kəskin dalğalanmalara səbəb ola bilər. Xüsusilə Hörmüz boğazı ətrafında risklərin artması qlobal enerji təhlükəsizliyinə birbaşa təsir göstərər. Bu isə yalnız Yaxın Şərq deyil, Avropa və Asiya bazarlarında da siyasi qərarların sərtləşməsinə gətirib çıxara bilər”.


Aytac İbrahimova

#çin #azərbaycan #əsas #baki #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər