Rusiya və Suriya İŞİD-ə qarşı birlikdə ilk hava əməliyyatı keçirir
Rusiya aerokosmik qüvvələri ilk dəfə olaraq Suriyanın Hava qüvvələri ilə birgə döyüş missiyası keçirib.
Rusiya aerokosmik qüvvələri ilk dəfə olaraq Suriyanın Hava qüvvələri ilə birgə döyüş missiyası keçirib.
İnformator “RiaNovosti”yə istinadən xəbər verir ki, bu haqda Rusiya müdafiə nazirliyi məlumat verib.
Suriyanın MİG-29 təyyarələri Rusiyanın SU-25 bombardmançılarının müşaiyəti ilə Suriyada anti-terror əməliyyatları keçirib. Iki MİG-29 döyüş təyyarələri Rusiyanın hücum bombardmançısını müşaiyət edib.
Sentyabrın 30-dan etibarən Rusiya Bəşər Əsədin istəyi ilə Suriyada anti-terror əməliyyatlarında iştirak edir. 2016-cı ilin ötən dövründə Rusiya Suriyada terrorçuların 1,097 hədəfini vurub.
