00:00:00
Yazar
Nərmin Həşimova
27.07.2026 22:20 19 3 dəq oxuma
Siyasət

Rusiya və Ukrayna sülh danışıqlarına yaxınlaşır?- AÇIQLAMA

Rusiya və Ukrayna sülh danışıqlarına yaxınlaşır?- AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsinin taleyini dəyişə biləcək yeni diplomatik təşəbbüs gündəmdədir. Ukrayna cəbhə xətti boyunca döyüşlərin dondurulması və danışıqlara başlanılması ideyasını dəstəklədiyini bəyan edib.


Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova "İnformator.az"a açıqlamasında bildirib ki, Ukrayna əslində bu məsələ ilə bağlı uzun müddətdir ki, danışıqların getməsi üçün təzyiqlərlə üzləşir və Ukrayna hər dəfə bu məsələdə, belə deyək, geri çəkilirdi:


“Rusiya isə bu məsələdə addımlarını düzgün atmır. Çünki Rusiyanın tələbləri həddən artıq çoxdur və bir-birini, belə deyək, qarşılıqlı şəkildə inkar edir. Çox qarşılıqlı tələblər irəli sürülür. Üçüncü dövlətlər, istər Türkiyə, istər Amerika və digərləri, bu məsələdə həm Ukrayna, həm də Rusiyanın danışıqlar aparmasını istəyirlər.
Sibiqanın dediyi paylaşımla bağlı təbii ki, Ukrayna artıq anlayır ki, bu məsələ getdikcə, belə deyək, areal baxımından həddən artıq dəyişir. Ümumiyyətlə, biz gördük ki, dünyada bu müharibənin arealı artıq genişlənməyə başlayıb.
Artıq Ukrayna Xəzər dənizində İran gəmilərini vurur ki, bunların Rusiyaya yardımlar göstərdiyi bildirilir. Eyni zamanda İran da Ukraynaya artıq təhdidlər yağdırır. Yəni bu məsələ getdikcə areal baxımından böyüyür və biz görürük ki, bu areal böyüdükcə artıq Yaxın Şərq münaqişəsi ilə Ukrayna-Rusiya müharibəsi dünya müharibəsinə gətirib çıxara bilər. Bu məsələdə də təbii ki, üçüncü dövlətlər, yəni Avropa dövlətləri, Qərb dövlətləri, Amerika və NATO qüvvələri artıq bu arealın böyüməməsi üçün əllərindən gələni etməyə çalışırlar. Amerikanın da bu məsələdə təbii ki, həm Ukraynanı bir növ razılığa gətirməsi, həm də Ukraynaya edilən yardımların bir qədər dayandırılması məsələsi hədəf götürülməlidir. Rusiyanın da bu məsələdə istəklərinin azalması hədəf götürülməlidir. İran məsələsində də mütləq şəkildə Amerika, Trampın dediyi kimi, İranla masaya oturmalıdır ki, bu müharibə getdikcə böyüməsin. Mənə elə gəlir ki, bu məsələlərdə Amerika ciddi şəkildə Türkiyə vasitəsilə, Pakistan vasitəsilə, Avropa vasitəsilə, Rusiya da bu prosesə daxil olsa və diplomatik yollara əl atılsa, bu müharibələrin genişlənməsinin qarşısını almağa daha çox səbəb ola bilər və bu məsələlərdə mütləq şəkildə müsbət irəliləyiş əldə edilə bilər. Təbii ki, Rusiyanın da bu məsələyə normal yanaşması mövcud vəziyyətdə vacib olardı və vacibdir. Çünki bu məsələ, yenə dediyim kimi, areal baxımından həddindən artıq böyüyür və artıq bütün ölkələrin iqtisadi-siyasi vəziyyətində çox böyük problemlərə gətirib çıxarır. Rusiyanın da, Ukraynanın da artıq əvvəlki dərəcədə savaşmağa gücü yoxdur. Çünki hər ikisi artıq güclərini tamamilə itirməyə başlayıblar.Eyni zamanda biz görürük ki, İran tərəfində də vəziyyət, İranla İsrail və Amerika arasındakı münaqişə fonunda, İranın da tükənmə mərhələsinə gəlib çatdığını göstərir və Amerika da əslində bunu çox gözəl bilir. Amerika bugünkü gündə nə Rusiyanın, nə də İranın tamamilə dağılmasını istəmir. Çünki əgər bunu istəsəydi, çoxdan buna nail olardı. Ancaq orada, belə deyək, Amerikanın diktəsinə keçilməsini daha çox arzulayırlar ki, bugünkü gündə Amerika bir növ buna hardasa nail ola bilir. Ancaq yenə də Trampın daxili siyasətdə olan təzyiqlər nəticəsində və seçkilərə gedərkən problemlərin yaşanmaması üçün diplomatik yola əl atması bugünkü gündə daha üstün tutulur və bu, genişmiqyaslı müharibənin arealının daha da böyüməsinin qarşısının alınmasına gətirib çıxarılması baxımından vacibdir".


Mehriban Yariyeva

#yeni #sülh #ukrayna #rusiya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər