00:00:00
Yazar
Güllər Gülhüseynova
08.05.2026 21:17 17 2 dəq oxuma
Siyasət

Rusiya XİN bütün ölkələrə və beynəlxalq təşkilatlara nota göndərib- Nə baş verir?

Rusiya XİN bütün ölkələrə və beynəlxalq təşkilatlara nota göndərib- Nə baş verir?

Rusiya Xarici İşlər Nazirliyində (XİN) akkreditasiyadan keçmiş bütün beynəlxalq təşkilatların nümayəndəliklərinə və xarici diplomatik missiyalara Kiyevdəki heyətlərini əvvəlcədən təxliyə etmək çağırışını əks etdirən nota göndərilib.

 

Bu barədə qurumun rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində bildirilir.

 

Şərhdə vurğulanır ki, 2026-cı il mayın 4-də Rusiyanın Müdafiə Nazirliyi Kiyevin 9 May Qələbə Günündə Moskvaya zərbə endirmək təhdidləri iddiaları ilə bağlı rəsmi bəyanat yayıb. Rusiya XİN nota göndərilən təşkilat rəhbərlərini və ölkə rəsmilərini bu bəyanata məsuliyyətlə yanaşmağa çağırır. Rusiya Silahlı Qüvvələrinin Kiyevə qaçılmaz cavab zərbəsi endirəcəyi səbəbindən diplomatik və digər nümayəndəliklərin işçilərinin, habelə vətəndaşların Kiyev şəhərindən vaxtında təxliyəsinin təmin edilməsi tələb olunur.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Qərbin Ukraynaya verdiyi yeni silahlar Rusiyanın regiondakı mövqeyini zəiflətməyə hesablanıb:

 

“Rusiya ilə Ukrayna arasında müharibə vəziyyəti kəskinləşib. Qarşılıqlı hücumlar intensiv hal alıb, əsasən Ukrayna tərəfinin təsirli zərbələri Moskvada ciddi narahatlıq yaradıb. 9 may qələbə günü ilə bağlı keçirilməsi nəzərdə tutulan ictimai tədbirlər zamanı hərbi müdaxilə və ehtimal olunan hava hücumlarından qorunmaq məqsədi ilə bütün nümayəndəliklərə xəbərdarlıq edilib. Təbii ki, bu müharibənin əsas məqsədi Rusiyanı yorucu və üzücü savaş vasitəsi ilə qısnamaq idi. Çünki əsasən köhnə texnika və Sovet dövründən qalma sursatla, eyni zamanda həvəssiz və pərakəndə ordu hissələri ilə nizamlı və uzunmüddətli savaş aparmaq sadəcə çətinlik yaratmırdı, həm də itkilərin və iqtisadi zərərin miqdarını artırırdı. Odur ki, zaman keçdikcə Şimali Koreya, İran və Çinin hərbi dəstəyinə rəğmən Qərb də Ukraynaya ciddi dəstək verməyə başlayıb. Hazırda İran üzərinə həlledici hücum hazırlığı gedir. İrana dəstək verən və ABŞ hücumları zamanı müdaxilə edə biləcək qüvvələri sarsıtmaq məqsədi ilə Ukraynaya çox təhlükəli silahlar ötürülüb. Ola bilsin, Rusiya bundan xəbər tutub. İrana hücum zamanı Rusiyanın müdaxilə ehtimalını minimuma endirmək üçün hazırda Ukrayna tərəfinin üstünlüyü vacib hesab olunub. Bütün bunların fonunda Kiyevə Rusiyanın ağır hücumu baş verə bilər. Lokal nüvə hücumu da edilə bilər. Hər halda verilən nota ciddi bir nəticələrin olacağı hadisələrdən xəbər verir”.

 

Lalə Qurbanlı

#Rusiya #Moskva #Kiyev #siyasət #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər