00:00:00
Yazar
Elmira Ağayeva
27.07.2026 21:57 154 2 dəq oxuma
Siyasət

Rusiya yeni silahlarla Ukrayna müharibəsində üstünlük qazanmağa çalışır”-ŞƏRH

“Rusiya yeni silahlarla Ukrayna müharibəsində üstünlük qazanmağa çalışır”-ŞƏRH

Dünyanın bir çox ölkəsində "Zirkon" kimi silahlar yoxdur, amma Rusiya onu təkmilləşdirir və təkmilləşdirməyə davam edəcək”.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin hərbçilərlə görüşündə deyib.


Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Ukrayna və Rusiya arasındakı müharibənin daha da alovlandırılması hər iki tərəfin bütün mümkün hərbi potensialının ortaya çıxmasına səbəb olur:


“Ukraynaya əsasən Qərb dövlətləri silah yardımı etsə də Rusiyanın isə özünün hərbi potensialı da zəngindir. Həmçinin Çin və İran da ona müəyyən dəstək verir. Daha ağır silahların meydana çıxarılması həm hərbi güc nümayişi həm də qarşı tərəfi çəkindirmə cəhdidir. Lakin Rusiya sözü gedən silahdan hətta nüvə başlığından da istifadə edə bilər. ABŞ və NATO-nun bu kimi silahların ortaya çıxarılmasına reaksiyası Ukraynaya daha çox silah tədarükü məsələsini aktuallaşdıra bilər. Çünki Rusiyanın hətta nüvə təhdidi etməsi belə qarşı tərəfi geri çəkilməyə məcbur edə bilməz. Ona görə ki, bu müharibədə geri çəkilən məğlub olmaqla yanaşı ümumi təhlükəsizliyini sual altına salacaq. Artıq təhdid və qorxu mərhələsi keçilib. Bir tərəfdən İrana qarşı, digər tərəfdən isə Rusiyaya qarşı savaş aparılır. Əslində bu ikisinin süqutu uğrunda kollektiv Qərbin mübarizəsidir. Şübhəsiz ki, buna da səbəb İran və Rusiyanın regionda digər maraqlara toxunan siyasətidir. Rusiyanın daha təhlükəli silahları üzə çıxarması ABŞ və NATO-nun geri çəkilməsinə səbəb olmayacaq, əksinə onları daha ciddi hərəkətə keçirəcək”.

 

Nuray Əliyeva

#Rusiya #Ukrayna
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər