00:00:00
Yazar
Aysel Mirzəyeva
17.04.2026 22:24 54 2 dəq oxuma
Siyasət

“Rusiya yeni torpaqları işğal etməyi düşünür” - ŞƏRH

“Rusiya yeni torpaqları işğal etməyi düşünür” - ŞƏRH

“NATO Finlandiyada Rusiya ilə silahlı müharibə üçün ssenarilər hazırlayır”.

 

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az”a açıqlamasında bildirib ki, bu açıqlamanı Rusiyanın Finlandiyaya təcavüzə hazırlaşmasının anonsu kimi qəbul etməliyik:

 

“Tarixdə də belə şeylər olub. Elə Rusiyanın SSRİ adı altında Finlandiyaya təcavüzünü heç kim unutmayıb. 1939-cu ildə Rusiya yaxud da SSRİ Finlandiyaya təcavüz edib. Onun böyük bir ərazisini ələ keçirib və bu günə kimi də həmin torpaqlar Rusiyanın işğalı, ilhaqı altında qalır. 400 mindən çox Finlandiya əsilli vətəndaş da öz torpağından didərgin salınıb. Qaçqın kimi öz torpaqlarından çıxarılıblar, yəni Rusiya bunu edib və düşünürəm ki, bundan sonra da etməyə hazır görünür. Ona görə də Finlandiyanı ittiham etməyə başlayıblar ki, bir bəhanə istehsal etsinlər və bir üsulla Finlandiyaya hücum etsinlər. Finlandiyanın yaxud da NATO-nun Rusiyaya hücum etmək kimi bir niyyəti yoxdur, olsa, NATO bunu edər və Rusiya da yerindən belə tərpənə bilməz. Ukraynanın əlində rəzil günə qalmış Rusiya NATO-nun qarşısında duruş gətirə bilməz. Sadəcə olaraq Rusiya görünür yeni torpaqları işğal etməyi düşünür. Ona görə də Finlandiya barədə belə yalan məlumat yayır. Qeyd etdiyim kimi, Rusiya işğalçı, ilhaqçıdır. Başqa dövlətlərin torpağında gözü var. Mümkün olduqca başqa dövlətlərin torpaqlarını işğal edib və Finlandiya ilə bağlı səsləndirilən fikirlər də bununla bağlıdır, yəni Rusiya görünür Finlandiya ilə bağlı nəsə bir plan qurur”.

 

Həmçinin şərhçi qeyd edib ki, digər Avropa ölkələrinin məsələlərə münasibətinə gəlincə, xüsusilə də Rusiya ilə müharibə və sairə məsələlərə, onlar açıq şəkildə müharibədən qaçırlar:

 

“Bunu dəfələrlə dilə gətiriblər. Hətta Rusiyanın Ukraynaya təcavüzü işığında Avropa ölkələri mümkün qədər ehtiyatlı davranmağa çalışırlar. Halbuki açıq şəkildə Ukraynaya dəstək verə bilərlər. Düzdür, dəstəklər var, amma yetərli deyil. Yəni faktiki olaraq Avropa ölkələri Rusiya ilə ciddi qarşıdurmalardan çəkinir. Qorxduqları üçün çəkinmirlər, sadəcə olaraq Avropa insanı müharibə tərəfdarı deyil. Onlar istənilən məsələnin müharibədən kənar yolla həllində maraqlıdırlar, o cümlədən də Rusiya ilə münasibətlərin müharibəsiz yoluna qoyulmasından yanadırlar. Bu baxımdan mən düşünürəm ki, Rusiyanın bu böhtanına hər halda uyğun diplomatik reaksiyalar veriləcək”.


Aytac İbrahimova

#düşünür” #yeni #torpaqları #xəbər #işğal
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər