00:00:00
Yazar
Admin User
13.12.2015 07:59 422 1 dəq oxuma
Sosial

Rusiyada faciə: 21 nəfər diri-diri yandı

İki nəfərin axtarışları davam etdirilir
Rusiyada faciə: 21 nəfər diri-diri yandı
Rusiyanın Voronej vilayətində psixonevroloji dispanserdə baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 21-ə çatıb. 
 
“Hazırda yanğın qurbanlarının sayı 21 nəfərdir”, deyə qurumun mətbuat mərkəzindən bildirilib.  
 
Məlumata görə, hazırda itkin düşmüş hesab edilən daha 2 nəfərin axtarışları davam etdirilir.  Ölənlərin əksəriyyətinin, əsasən, yataq xəstəsi olduğu bildirilir. 
 
Yanğın zamanı tibbi personalın xəsarət almadığı qeyd olunur: “Tibbi personaldan 4 nəfər xilas olunub. Onlar 55 xəstənin binadan çıxarılmasına kömək ediblər”.  
 
Bundan əvvəl yanğın zamanı 9 nəfərin öldüyü bildirilmişdi.  
 
İlkin versiyaya görə, yanğına səbəb elektrik avadanlıqda  nasazlıq olub.
 
İnsidentlə əlaqədar  Rusiya İstintaq Komitəsi araşdırmalara başlayıb.
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər