00:00:00
Yazar
Admin User
20.10.2025 12:48 136 2 dəq oxuma
Sosial

Rusiyada məktəblər 12 illik təhsil sisteminə keçə bilər

Rusiyada məktəblər 12 illik təhsil sisteminə keçə bilər

Rusiyada məktəbdə təhsil müddətini indiki 11 ildən 12 ilə qədər artırmaq və uşaqları 6 yaşından məktəbə göndərmək lazımdır.

 

Mövzu ilə əlaqədar “İnformator.az” a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, bu məsələ aktualdır bütün ölkələr üçün, ona görə ki, təhsil müddətinin artırlması təkcə vaxt məsələsidir:

 

“Həm də tədris məzmunu uşağın inkişaf səviyyəsi və gələcəyə hazırlığı ilə bağlıdır deyərdim. Digər bir məsələ isə buna hissə-hissə baxsaq, yəni təhsil müddətinin 12 ilə artırılmasının üstünlüyü nədir? 12 illik təhsil sisteminin əsas məqsədi təkcə vaxtı uzatmaq deyil, həm də təhsilin keyfiyyətini və mərhəli olmasını artırmaqdır. Üstünlükləri çoxdur, burada fənlərin yüklənməsi azalır, yəni dərslər daha balanslı bölünə bilər. Şagirdlər eyni bilikləri daha dərin və rahat məniməsəyə bilər. Həmçinin 11-12-ci siniflərdə şagirdlər öz maraq və ixtisas istiqamətinə görə dərslər seçə bilərlər. Bundan əvvəl şagirdlər 17-18 ali təhsilə daha yetkin və düşünülmüş şəkildə daxil olurlar. Avropanın çox ölkələrində 12 illik sistem mövcuddur. Məsələn, Almaniya, Fransa, Amerika bu da beynəlxalq standartlara uyğun gəlir. 6 yaş məktəbə keçid yaşı baxımından sərhəd yaş sayılır. Əgər uşaq emosional baxımından sakit, diqqətini 15-20 dəqiqə cəmləyə bilirsə, onda qrupla işləməyə öyrəşibsə, məktəbə başlaya bilər. Lakin çox vaxt 6 yaşlı uşaqda oyun ehtiyyacı hələ də güclüdür. Bu da dərs rejiminə uyğunlaşmağı çətinləşdirir. 6 yaşda məktəbə başlamaq, ancaq təlim hazırlıq mərhələsi, yəni oyunlarla öyrənmə, adaptasiya sinifi ilə birləşdirilsə, mənfi təsir göstərməz. Digər baxımdan, əgər 12 illik sistem tətbiq edilərsə, proqramda da dəyişiklik olacaq. İbtidai mərhələ uzadıla bilər, uşaqlar əsas bacarıqları oxuma-yazma, məntiq, sosial davranış bunları daha sakit tempdə öyrənə bilərlər. Orta və yuxarı siniflərdə ixtisaslaşma artar, 12 illik təhsilə keçirilərsə. 10-12-ci siniflərdə fənlər bloklar şəklində təklif oluna bilər şagirdlərə, fənn sayı azalıb dərslərin daha praktiki yönümü də artar. Burada daha çox layihə, tədqiqat, müstəqil işlər üzərindən çalışmalar aparıla bilər. Ümumiyyətlə, 12 illik təhsil sistemi təhsilin keyfiyyətini artırmaq potensialına malikdir, lakin yalnız yaş həddinin dəyişməsi ilə yox məzmun, metodika və psixoloji hazırlıqda yenilənməlidir. 6 yaşlı uşaqların məktəbə getməsi ancaq təlim əsaslı hazırlıq sinifi ilə effektiv ola bilər”.

 

Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər