00:00:00
Yazar
Nərmin Həşimova
17.07.2026 18:26 26 2 dəq oxuma
Siyasət

“Rusiyanın Azərbaycana qarşı media hücumları əsassızdır”- ŞƏRH

“Rusiyanın Azərbaycana qarşı media hücumları əsassızdır”- ŞƏRH

4-cü Şuşa Qlobal media Forumundan sonra Rusiya mediası sosial media hesablarında,Azərbaycana qarşı qarayaxmalar başlayıb.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, 4-cü Şuşa Qlobal Media Forumundan sonra Rusiya mediasının Azərbaycana qarşı qərəzli, yanlış, iftira xarakterli məlumatlar yayması bir daha bu dövlətin siyasi sisteminin mahiyyətini göstərir:


“Rusiya mediası və siyasi dairələri forumda Prezident İlham Əliyevin müstəqil siyasət, xüsusilə Azərbaycanın Qərbə enerji inteqrasiyası və Rusiyanın Cənubi Qafqazdakı keçmiş siyasəti barədə səsləndirdiyi bəyanatları həzm edə bilmirlər. Azərbaycanın öz milli maraqlarına uyğun hərəkət etməsi və Qərblə enerji tərəfdaşlığını genişləndirməsi Moskvanın regional təsir planlarına ziddir. Moskva imperiya siyasəti yürüdür və gözü gördüyü hər şeyi özününkü hesab edir. Azərbaycan rəhbərliyinin tarixi hadisələrə, xüsusilə Sovet İttifaqının quruluşuna və Cənubi Qafqazda sovet işğalının tarixinə verdiyi obyektiv qiymət Rusiyada narahatlıq doğurub. Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyəti, bəzi Qərb təşkilatlarından ayrılma ehtimalı və postmünaqişə dövründə regional gündəliyi təkbaşına müəyyən etməsi Rusiyanın vasitəçilik rolunu zəiflədir. Həm də görünür Prezident İlham Əliyevin forumda Rusiyadakı bəzi müstəqil və ya Azərbaycanın mövqeyini müdafiə edən rusiyalı ekspertlərə (Sergey Markov kimi) qarşı edilən təzyiqləri açıq şəkildə pisləməsi rəsmi Moskvanın xoşuna gəlməyib. Lakin bu reallıqdır və Prezident Əliyev həqiqətləri deyib. Hazırda Rusiyanın Azərbaycana qarşı media hücumları yersiz və əsassızdır. Qloballaşan dünyada hazırda fərqli siyasət aparılır. Rusiya isə öz imperiya maraqları uğrunda həm regionda həm dünyada münaqişə ocaqları yaradır. Zaman keçdikcə Moskva öz siyasi kursunda dəyişikliklər etməyə məcbur olacaq. Çünki bunu dünyanın gedişatı tələb edir”.


Nurgün Qənizadə

#şərh #azərbaycan #hücumları #media #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər