00:00:00
Yazar
Admin User
16.01.2026 13:48 90 2 dəq oxuma
Siyasət

Rusiyanın İran və İsrail arasında vasitəçilik imkanları məhdudlaşa bilər

Rusiyanın İran və İsrail arasında vasitəçilik imkanları məhdudlaşa bilər

Ötən ay İran və İsrail Rusiya vasitəsilə əlaqə qurub. İsrail qeyd edib ki, əgər İran hücum etməsə, İsrail İrana müdaxilə etməyəcək. İran da müdaxiləyə maraqlı olmadığını bildirib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, Rusiyanın İran və İsrail arasında vasitəçilik imkanları müəyyən qədər mövcuddur:

 

“İran Rusiyanın tərəfdaş və müttəfiqləri sırasında yer alır. Son dövrlər İsrail ilə Rusiya arasında münasibətlərdə yumşalma və inkişaf yönümlü addımlar görünür. Bunun əsas səbəblərindən biri İsrailin əsas müttəfiqi olan Amerika Birləşmiş Ştatları ilə Rusiyanın münasibətlərində müşahidə edilən nisbi yaxınlaşmadır. ABŞ ilə Rusiya arasında dialoq imkanları artdıqca, İsrail də Rusiya ilə münasibətlərdə daha praqmatik mövqe tutur. Bu baxımdan hazırda Rusiyanın vasitəçilik fəaliyyəti üçün müəyyən kanalların açıq olduğunu söyləmək mümkündür. Lakin bu vəziyyət real durumu tam əks etdirmir və daha çox müvəqqəti xarakter daşıyır".

 

Müsahib bildirib ki, İsrailin mövqeyi və atacağı addımlar Amerika Birləşmiş Ştatlarının qərarlarından asılıdır:

 

"ABŞ ilə Rusiya arasında münasibətlər yenidən ciddi şəkildə gərginləşərsə, İsrailin də Rusiya ilə mövcud münasibətlərinə yenidən baxacağı ehtimalı yüksəkdir. Rusiyanın İran və İsrail arasında vasitəçilik imkanları xeyli məhdudlaşa bilər. Bu səbəbdən tərəflər arasında mövcud təmas kanallarını da müvəqqəti xarakterli hesab etmək olar. Digər tərəfdən, İsrailin İrana, İranın isə İsrailə birbaşa müdaxilə etməmək barədə verdiyi mesajlar da uzunmüddətli xarakter daşımır. Sonrakı mərhələdə proseslərin hansı istiqamətdə inkişaf edəcəyi hələ də qeyri-müəyyəndir. İsrail və İran arasında münasibətlərin yaxın perspektivdə normallaşacağı inandırıcı görünmədiyi üçün bu prosesin Yaxın Şərqdə davamlı sabitlik və sülhə ciddi töhfə verəcəyi real hesab edilmir”.

 

Qəmər Kazımzadə

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər