Rusiyanın Kiyevə sərt hücumu - XARİCİ EKSPERT AÇIQLAYIR
Rusiya ordusunun Kiyev vilayətinin Mıla kəndində endirdiyi zərbə və sonrakı partlayışlar nəticəsində 38 nəfər həlak olub, 20 şəxs yaralanıb. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat paylaşıb. Prezident son iki ayda bu cür hadisənin ikinci dəfə baş verməsinə diqqət çəkib.
Mövzu ilə bağlı "İnformator.az" "ARB24"ə istinadən bildirir ki, xarici siyasi şərhçi Marina Mironun sözlərinə görə, Kiyev silah anbarını yaşayış məntəqəsinin yaxınlığında yerləşdirib:
"Ukraynada mexanizm yanlış tətbiq edilir. Anbarın patlaması onlar üçün baha başa gələcək, çünki bu, 2 ay ərzində baş verən ikinci belə partlayışdır. Xalqın hökumətə olan güvəni sarsıla bilər".
Şərhçi bildirib ki, Zelenski açıqlamasında gündə bir neçə pilotsuz uçuş aparatından istifadə edəcəyini deyir. Kremlin strategiyası isə eynidir : Kiyevə sadəcə cəbhədə yox, sənaye, iqtisadiyyat sahəsində də ziyan vurmaq.