00:00:00
Yazar
Güllər Gülhüseynova
15.09.2026 21:16 37 2 dəq oxuma
Siyasət

Ruslan Kravçenko Ukraynanın baş prokuroru vəzifəsindən azad edilib

Ruslan Kravçenko Ukraynanın baş prokuroru vəzifəsindən azad edilib

Kravçenkonun istefası korrupsiya probleminin həlli deyil, institusional yenilənmə üçün başlanğıc ola bilər.

 

Mövzu ilə bağlı”İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki,Ruslan Kravçenkonun baş prokuror vəzifəsindən azad edilməsi Ukraynada korrupsiyaya qarşı mübarizə baxımından həm siyasi məsuliyyət nümunəsi, həm də sistem daxilindəki ciddi ziddiyyətlərin göstəricisi kimi qiymətləndirilə bilər:

 

“Baş Prokurorluğun əməkdaşları ilə bağlı korrupsiya iddiaları fonunda belə bir qərarın verilməsi hakimiyyətin yüksək vəzifəli şəxslərin toxunulmaz olmadığı mesajını yaratmağa xidmət edir. Bu proses obyektiv və şəffaf araşdırma ilə davam etdirilərsə, NABU və SAPO kimi müstəqil antikorrupsiya qurumlarının mövqeyini gücləndirə, cəmiyyətin dövlət institutlarına inamını müəyyən qədər bərpa edə bilər. Eyni zamanda bu addım Ukraynanın Avropa İttifaqına inteqrasiyası və Qərbdən maliyyə dəstəyi alması baxımından da əhəmiyyətlidir, çünki tərəfdaşlar Kiyevdən antikorrupsiya islahatlarının real nəticələrini gözləyirlər".


 
Politoloq qeyd edib ki, Kravçenkonun vəzifədən uzaqlaşdırılması özlüyündə korrupsiya probleminin həlli demək deyil:

 

"Əgər proses hüquqi araşdırmadan çox siyasi hesablaşma və ya Baş Prokurorluqla antikorrupsiya orqanları arasındakı qarşıdurmanın nəticəsi kimi təqdim olunarsa, bu, əksinə, həmin institutların nüfuzuna zərbə vura bilər. Yeni baş prokurorun siyasi loyalıq əsasında deyil, peşəkarlıq və müstəqillik prinsipləri ilə seçilməsi həlledici olacaq. Ukrayna üçün əsas məsələ bir şəxsin dəyişdirilməsi deyil, prokurorluq, məhkəmə və antikorrupsiya qurumları arasında şəffaf əməkdaşlıq mexanizminin yaradılmasıdır. Yalnız bu halda istefa korrupsiyaya qarşı mübarizədə müvəqqəti siyasi addım deyil, institusional yenilənmənin başlanğıcı sayıla bilər".


Nurgün Qənizadə

#ruslan #baş #gündəm #kravçenko
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər