“Ruslar Avropa ilə dialoqa hazırdır”-Kreml
Rusiya Avropa paytaxtlarından Moskva ilə danışıqların vacibliyi barədə verilən açıqlamaları eşidir və belə bir dialoqa hazır olduğunu təsdiqləyir. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov TASS-a açıqlamasında bildirib.
O, Avropada Rusiya ilə danışıqlar aparacaq mümkün vasitəçilərlə bağlı müzakirələrə münasibət bildirərkən deyib:
“Doğrudan da, son 3-4 həftə ərzində həm Finlandiya Prezidenti Alexander Stubbin, həm də Berlin rəsmilərinin gec-tez ruslarla birbaşa danışmağın zəruri olacağı barədə açıqlamalarını eşitdik”.
Peskov vurğulayıb ki, Rusiya tərəfi dialoqa açıqdır:
“Ruslar danışıqlara hazırdır. Biz hesab edirik ki, danışıq aparmaq tam qarşıdurmaya getməkdən daha yaxşıdır. Hazırda Avropanın atdığı addımlar isə məhz qarşıdurmaya yönəlib. Əgər Avropa ölkələrinin davranış modeli dialoq istiqamətində dəyişərsə, biz bunu yalnız alqışlaya bilərik”.
Kremlin sözçüsü əlavə edib ki, Avropa İttifaqında bu mövzu ətrafında ekspert müzakirələrinin aparılması müsbət haldır:
“Cəmi bir neçə ay əvvəl Avropada belə müzakirələr belə aparılmırdı”.
TASS
Nuray Əliyeva