00:00:00
Yazar
Səadət Əlizadə
18.03.2026 20:03 20 1 dəq oxuma
Siyasət

Rütte: NATO ölkələri Hörmüz boğazının açılması imkanlarını müzakirə edirlər

Rütte: NATO ölkələri Hörmüz boğazının açılması imkanlarını müzakirə edirlər

NATO ölkələri Hörmüz boğazının açılması variantlarını müzakirə edirlər.

 

"İnformator.az" xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Norveçə səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

 

"Biz məsləhətləşmələr aparırıq. NATO ölkələri Hörmüz boğazını necə açmağı kollektiv şəkildə müzakirə edirlər", - o deyib.

NATO-nun rəhbəri təfərrüatları açıqlamayıb və təşkilata üzv ölkələrin münaqişə zonasına gəmilər göndərib-göndərməyəcəyini qeyd etməyib.

Xatırladaq ki, martın 16-da Brüsseldə keçirilən görüşdə Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallasın Hörmüz boğazına bir neçə gəmi göndərmək təkliflərini rədd ediblər.

#azərbaycan #imkanlarını #gündəm #xəbər #ölkələri
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər