00:00:00
Yazar
Admin User
27.10.2025 18:49 126 1 dəq oxuma
Sosial

Rəvan Daşdəmirov-Rəvan ömür, əbədi iz

Rəvan Daşdəmirov-Rəvan ömür, əbədi iz

Bəzən bir insanın ömrü qısa olur, amma onun yaratdığı iz yüzillər boyu silinmir. Rəvan Daşdəmirov da belə oğullardan idi. O, 27 oktyabr 2020-ci ildə-Vətən Müharibəsinin ən ağır, ən qızğın çağlarında şəhidlik zirvəsinə ucalıb. Onun həyatı qısa olub, amma ömrü Vətənlə birləşib.

 

Rəvan gənc idi, arzuları çox idi. Amma o, bütün arzularını bir arzuya dəyişib-azad Vətən. Düşmən güllələri yağış kimi yağanda belə geri çəkilməyib. Onun üçün həyatın mənası yaşamaq deyil, Vətən uğrunda yaşamaq idi.

 

Döyüş yoldaşları danışırdı ki, Rəvan həmişə təbəssümlə döyüşə gedərdi. Hər addımında inam vardı. Sanki bilirdi ki, bu yol onun üçün ölümsüzlüyə aparan yoldur. O, şəhid olduğu gün yalnız torpağa yox, xalqın yaddaşına da düşüb.

 

Bu gün Rəvanın adı məktəblərdə, küçələrdə, ürəklərdə yaşayır. Onun ruhu azad Qarabağ torpağında dolaşır, azadlıq havası ilə nəfəs alır. Hər dəfə bayrağımız dalğalananda, hər dəfə sülh və qələbədən danışanda o da oradadır-görünməz, amma hiss olunan bir qəhrəman kimi.

 

Rəvan Daşdəmirovun həyatı qısa, amma mənası böyük idi. O, ömrünü torpağa verdi ki, biz torpaqda azad addımlaya bilək.

 

Onun adı “Rəvan” idi-və o, rəvan bir ömrün içində əbədi yaşamaq seçimini edib.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər