00:00:00
Yazar
Banuçiçək Məmmədova
16.02.2026 16:41 10 1 dəq oxuma
Sosial

Səfir: "Azərbaycanın İtaliyaya investisiyaları təxminən 2,5 milyard avro təşkil edir"

Səfir: "Azərbaycanın İtaliyaya investisiyaları təxminən 2,5 milyard avro təşkil edir"

Azərbaycanın İtaliyaya investisiyalarının həcmi təxminən 2,5 milyard avro təşkil edir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov Romada keçirilən "Qafqazdan Aralıq dənizinə" adlı konfransda bildirib.

 

Diplomat xatırladıb ki, ötən il Azərbaycan Dövlət Neft Fondu (ARDNF) İtaliyanın infrastruktur sektoruna investisiya yatırıb.

"Bu, ilk belə addım idi. Bundan əlavə, bərpa olunan enerji sektorunda ARDNF vasitəsilə İtaliyada layihələr həyata keçirən "Enfinity Global Inc." şirkətinin təxminən 50 %-i əldə edilib. İnvestisiyalar hesabına Emiliya-Romanya və Latsio regionlarında ümumi gücü 400 MVt olan günəş elektrik stansiyaları tikilir", - səfir deyib.

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər