00:00:00
Yazar
Nigar Həsənzadə
23.02.2026 16:44 13 2 dəq oxuma
Sosial Özəl

Şəhərsalma planlaşdırılarkən nəqliyyat infrastrukturu hansı prinsiplər əsasında qurulmalıdır?

Şəhərsalma planlaşdırılarkən nəqliyyat infrastrukturu hansı prinsiplər əsasında qurulmalıdır?

Müasir şəhərsalmanın ümumi prinsipləri mövcuddur. Bu prinsiplərdən ən vaciblərindən biri şəhər və yaşayış məntəqələrində məskunlaşan əhalinin mobilliyinin yüksək səviyyədə təmin edilməsi, həmçinin şəhərin logistika sisteminin səmərəli şəkildə qurulmasıdır. Bu iki vəzifənin yerinə yetirilməsi üçün inkişaf etmiş yol-nəqliyyat infrastrukturu və effektiv nəqliyyat sistemi olmalıdır.

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, tıxacların həlli üçün düzgün tənzimləmə və real addımlar vacibdir:

 

"Tıxacların azaldılmasında əsas modellərdən biri daha effektiv yanaşmadır. Bu yanaşma nəqliyyat axınlarının təsirli şəkildə idarə olunmasını, hər bir axına töhfələrin verilməsini və hərəkət intizamının təbliğini əhatə edir. Eyni zamanda, müxtəlif qurumlar arasında koordinasiyanın təşkili və ümumi həll prinsiplərinin yaradılması da bu prosesin vacib tərkib hissəsidir. Bütün bu elementlər bir-biri ilə sıx bağlıdır və qarşılıqlı təsir göstərir. Ona görə də, bu və digər oxşar problemlərin həlli üçün praktiki və düşünülən addımların atılması zəruridir. Bu addımlar problemin konkret həllinə yönəlməli, onun doğru və düzgün şəkildə icrasını təmin etməli və davamlı nəticələr əldə edilməsinə imkan yaratmalıdır. Eyni zamanda, bu addımların köməyi ilə şəhərdə tıxacların yaranmasının qarşısını almaq, infrastrukturun effektiv fəaliyyətini təmin etmək və gələcəkdə oxşar problemlərin meydana gəlməsinin qarşısını almaq mümkündür. Əks halda, şəhər infrastrukturunun çatışmazlıqları hələ tam həllini tapmamış tıxaclar və buna bənzər hadisələr davam edəcək".

 

Arzu Poladova

#qurulmalıdır? #xəbər #prinsiplər #şəhərsalma
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər