Səmalarımızda türk imzası: HAVELSAN-ın kritik sistemi Azərbaycanda
Türkiyənin HAVELSAN şirkəti Azərbaycan Hərbi Hava Qüvvələrinə yeni komanda-idarəetmə proqramı (HvBS) təhvil verib.
Mövzu ilə bağlı “İnformator.az”a hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bu görüş, təbii ki, hər iki orqan, yəni prokurorluq orqanları arasında tərəfdaşlıq və təcrübə mübadiləsini özündə əks etdirir:
“Ondan başqa, həm kibertəhlükəsizlik, həm də cinayət məsələlərində, ümumiyyətlə, hər iki ölkənin ortaq sərhədləri olduğuna görə bu istiqamətlərdə görüləcək iş prosesinin müzakirə olunması mümkündür. Təbii ki, eyni zamanda hər iki ölkənin siyasi və iqtisadi baxımdan Qafqaz regionu ilə bağlı olması, eləcə də təhlükəsizlik, prokurorluq və polis orqanlarının birgə fəaliyyətinin nəzərə alınması mümkündür. Digər tərəfdən, enerji layihələri və yeni infrastruktur layihələri var. Bunların qorunması, eləcə də bu layihələr üzrə təhlükəsizlik və kibertəhlükəsizlik məsələlərinin müzakirə olunması da mümkündür. Yəni Qafqaz regionunda bu iki ölkənin bu gün həm hüquq-mühafizə orqanları, həm də siyasi və iqtisadi sahələr üzrə əməkdaşlığı, təcrübə mübadiləsinin davam etdirilməsi, eyni zamanda sərhədlərdən, gömrüklərdən keçən yeni layihələr və bu istiqamətdə gedən proseslər üzrə əməkdaşlıq bu görüşdə nəzərdə tutula bilər”.
Nurgün Qənizadə