00:00:00
Yazar
Güllər Gülhüseynova
23.11.2026 16:52 20 1 dəq oxuma
Siyasət

Sərdar Berdiməhəmmədovun kitabı Türkmənistanın "pasportu"dur- İsa Həbibbəyli

 

 

Sərdar Berdiməhəmmədovun kitabı Türkmənistanın "pasportu"dur- İsa Həbibbəyli

"Türkmənistanın neytrallığı - sülhün və etimadın parlaq yolu" kitabı Azərbaycan-Türkmmənistan əlaqələrinin inkişafına əhəmiyyətli töhfədir.

 

"İnformator.az" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezdenti İsa Həbibbəyli Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Bakıda Azərbaycan dilində nəşr olunmuş "Türkmənistanın neytrallığı - sülhün və etimadın parlaq yolu" kitabının təqdimatında deyib.

 

O qeyd edib ki, müəllif kitabda neytrallığın türkmən xalqının tarixi təcrübəsindən gələn, milli ənənələrindən doğan, müstəqillik dövründə dövlət siyasətinə çevrilən hadisə kimi təqdim edilir:

 

"Türkmənistan ərazisindəki qədim türk abidələri, xalqın özünəməxsus milli xüsusiyyətlər, mədəniyyəti, ailə-məişəti və s. məsələlər dövlət başçısı səviyyəsində ictimaiyyətə təqdim olunur. Bu kitab türkmən xalqının tarixi ənənələri və müasir simasını aydın görmək üçün əhəmiyyətli mənbədir. "Türkmənistanın neytrallığı - sülhün və etimadın parlaq yolu" kitabını Türkmənistanın müasir dövrdəki "pasport"u kimi qiymətləndirirəm. Araşdırmaçılar bu kitabda bütün istiqamətlərdə təqdiqat üçün əhəmiyyətli fikirlər tapa bilərlər".

#sərdar #gündəm #baki #azərbaycan #berdiməhəmmədovun
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər