00:00:00
Yazar
Admin User
27.10.2025 18:18 99 2 dəq oxuma
Sosial

Süni intellekt müəllimlərin işini əvəz edəcəkmi?

Süni intellekt müəllimlərin işini əvəz edəcəkmi?

Süni intellekt günümüzdə təhsil sahəsində də ciddi şəkildə tətbiq olunmağa başlayıb. Avtomatlaşdırılmış sistemlər, fərdi öyrənmə alqoritmləri və rəqəmsal platformalar artıq müəllimlərin gündəlik fəaliyyətinə daxil olub. Lakin maraqlı sual yaranır: bu texnologiyalar müəllimlərin işini asanlaşdırmaq üçün bir vasitədir, yoxsa yaxın gələcəkdə onları tamamilə əvəz edə bilər? Bu mövzu həm pedaqoqlar, həm də valideynlər arasında geniş müzakirələrə səbəb olur.

 

 Mövzu ilə bağlı "İnformator.az"a verdiyi açıqlamada klinik psixoloq Gülşən Rüstəmova bildirib ki, cəmiyyətdə belə yeniliklər hər zaman rezonans doğurur, çünki bilmədiyimiz mövzular, tanış olmayan hissələr bizi bir qorxuyla üzbəüz qoyur:

 

"Ona görə də neçə son illər demək olar ki, biz insanlar  emosiyalara malik olmağımızı dəyərləndiririk. Mütəxəssis olaraq hər zaman deyirik ki, insan həm də emosional varlıqdır, bu hissəni sanki uzun illər görməzdən gəlib. Bu gün kompüter texnologiyalarının inkişafı, süni intellektin inkişafı bir daha sübut edir ki, emosional boşluğumuzu yalnız insanla doldura bilərik. Düşünürəm ki, bu dərəcədə qorxuyla yanaşmamalıyıq. Çünki süni intellekt insanı tam əvəz edə biləcək bir mənbə deyil. Bu, daha sürətli cavab verən bir nəsnə kimi götürsək, süni intellektdir. Yəni uzun müddət axtarış etmədən sualımıza cavab tapmağımız üçün nəzəri biliklərə söykənən bir hissədir süni intellekt. Burada emosiyalardan söhbət gedə bilmir,fərdilik gözlənilmir. Ona görə də fərdi yanaşma və emosional müstəvidən baxanda süni intellekt əlbəttə ki, insanı əvəz edə bilməz".

 

Həmçinin psixoloq bildirib ki,informasiya mənbəyi kimi,təbii ki, bu bizə lazımdır: 

 

 "Çünki günümüzdə vaxtı nə qədər dəyərli olduğunu öncə tutaraq, vaxtı nə qədər dəyərli olduğunu mühim tutaraq, bizə sürətli cavab almağa kömək edir. Mən bu təklifi illər öncə də vermişəm. Hər zaman düşünmüşəm ki, insanın həyatında iştirak edən digər insanlar mütəxəssis olmalıdırlar. Say azaldıqca, dar ixtisaslar çoxaldıqca, incə detallar bizim üçün vacib olmalıdır və insana şəxsiyyət kimi yanaşmalıyıq biz. İndiyə kimi öyrəşdiyimiz üslublar artıq bizə qane etmir ki, bu ehtiyacdan doğur əslində süni intellektə müraciət. Yəni buna ehtiyac vardır deyə yaranır, bunu bizə təbliğ etmirlər əslində. Ona görə də mən düşünürəm ki, daha gözəl nəticələr əldə edəcəyik. Mənim ümidim yaxşı istiqamətdədir."

 

Aysun Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər