00:00:00
Yazar
Admin User
29.12.2025 16:48 98 1 dəq oxuma
Sosial

Süni intellektin sürətli yayılması: imkanlar və risklər arasında cəmiyyət

Süni intellektin sürətli yayılması: imkanlar və risklər arasında cəmiyyət

Azərbaycanda süni intellekt əsaslı texnologiyaların müxtəlif sahələrdə tətbiqi sürətlə genişlənir. Təhsil, media və əmək bazarında bu yeniliklər məhsuldarlığı artırsa da, etik və hüquqi suallar da yaradır. Xüsusilə avtomatlaşdırılmış məzmunun artması informasiya etibarlılığı ilə bağlı narahatlıqları gücləndirir. Mütəxəssislər yaxın illərdə süni intellektin tənzimlənməsinin vacibliyini vurğulayırlar.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında jurnalist İlkin Məmmədkərimli bildirib ki, Azərbaycanda süni intellekt əsaslı tətbiqlər artıq təhsil, media və əmək bazarında geniş istifadə olunur:

 

“Bu texnologiya bir çox sahədə işi asanlaşdırsa da, eyni zamanda ciddi suallar yaradır. Avtomatlaşdırılmış mətnlərin artması informasiya etibarlılığı ilə bağlı narahatlıq doğurur, bəzi peşələr üçün isə iş yerlərinin azalması riski gündəmə gəlir. Süni intellektdən istifadənin hüquqi və etik çərçivələri formalaşdırılmadan onun geniş tətbiqi gələcəkdə problemlərə yol aça bilər. Bu səbəbdən texnologiyanın nəzarətli və məsuliyyətli şəkildə tətbiqi vacibdir”.

 

Nazim Xeyrxəbərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər