Süni intellektlə 9 ayda 100-ə yaxın kitab yazdı
Amerikalı yazıçı Tim Bauçer süni intellektin köməyi ilə son 9 ayda 97 kiçik həcmli roman yazıb.
İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, yazıçı bununla bağlı “Newsweek” üçün yazdığı məqalədə bəhs edib. Bauçer bildirib ki, gələcəkdə bütün yaradıcı insanların süni intellektdən müəyyən qədər istifadə etməsi qaçınılmaz olacaq.
Qeyd edək ki, o avqust-may ayları arasında kitablarının 500-dən çox nüsxə sataraq 2000 dollardan çox gəlir əldə edib.
Şəbnəm
