00:00:00
Yazar
Admin User
19.07.2023 13:06 395 2 dəq oxuma
Maraqlı

Süni intellektlər sürətlə insanları ƏVƏZLƏYİR

Süni intellektlər sürətlə insanları ƏVƏZLƏYİR

Dövr keçdikcə süni intellekt əksər sahələri ələ alacaq. Mütəxəsislər deyir ki, bundan heç də qorxmaq lazım deyil. Əksinə, bunun xeyirli tərəflərindən yararlanaraq cəmiyyət daha irəli gedə bilər. Lakin öz növbəsində təhlükəsizlik tədbirlərini görməyi də unutmaq olmaz. Bunun üçün isə bir sıra qaydalara mütləq əməl edilməlidir. Süni intellekt o vaxt təhlükəli olacaq ki, o, insanların idarə etməsindən çıxaraq müstəqil qərarlar qəbul etməyə başlayacaq.


Süni intellektin sürətlə həyatımıza daxil olması nəyi dəyişəcək? Ekspertlər deyir ki, dəyişən yalnız insanların problemlərə yanaşma tərzi olacaq. Süni intellekt tədqiqatçısı və insan-robot ünsiyyəti mütəxəssisi Maral Qurbanzadənin sözlərinə görə, nəticədə, bəşəriyyət yeni inkişaf dövrünə qədəm qoyacaq. Əgər indi hər hansı işi görmək üçün böyük kollektivə ehtiyac duyulursa, süni intellektin inkişafı ilə işçi qüvvəsinə xeyli qənaət olunacaq. Lakin müsahibim deyir ki, bu, insanların işsiz qalmasına deyil, onların gördükləri işin mahiyyətinin dəyişməsinə səbəb olacaq.  


Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili və inkişafı departamentinin müdiri Elman Sadıqovun fikrincə, süni intelekt, hazırda daha çox inkişaf etmiş və böyük iqtisadiyyata sahib ölkələri narahat edir. Süni intellektə keçid işsizlik yaratmaqla yanaşı, həm də insanlar yeni sahələri tam mənimsəmədiyinə görə, kadr çatışmazlığına da səbəb olur. Süni intellektin doğru qərarlar verməsi üçün mükəmməl məlumat bazasının olması şərtdir.


İnsan-robot ünsiyyəti mütəxəssisi Maral Qurbanzadənin sözlərinə görə, insanları əsas düşündürən süni intellektin daha çox hansı sahələrdə geniş tətbiq olunacağıdır. Proqnozlara görə, yaxın on il ərzində ABŞ-də süni intellektin əmək bazarına ciddi təsir edəcəyi gözlənilir. Bu səbəbdən işləyən əhalinin təqribi üçdə biri öz işini ya itirəcək, ya da ixtisasını dəyişəcək.


Mütəxəssislərin də dediyi kimi, dünya artıq yeni eranın başlanğıcındadır. Bəşəriyyət dördüncü sənayə inqilabına hazırlıq görür. Deyilən proqnozlardan qorxaraq təşviş keçirməyə lüzum yoxdur. Min eşitməkdənsə, bir görmək yaxşıdır. Yaşayarıq görərik!

Qasım

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər