00:00:00
Yazar
Admin User
20.07.2023 10:58 292 1 dəq oxuma
Siyasət

Saakaşvilinin analizlərini corabından çıxarmaq istədi, siyasi qalmaqal yarandı

Saakaşvilinin analizlərini corabından çıxarmaq istədi, siyasi qalmaqal yarandı

Gürcüstanda Avropa İttifaqının təlimatlandırdığı Polşalı həkimlərdən birinin keçmiş prezident Mixeil Saakaşvilini müayinə edəndən sonra analiz nümunələrini xəstəxanadan gizli çıxarmaq istəməsi siyasi qalmaqala səbəb olub. Hadisənin videogörüntülərinin yayılmasının ardından Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili hadisəni “biabırçılıq” adlandıraraq, Polşa hakimiyyətinin izahat verməli olduğunu bəyan edib.

 

Bundan sonra Polşanın Tbilisidəki səfiri Mariuş Maşkeviç Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılsa da Varşavada olması səbəbindən görüşə getməyib. Nazirliyə onun vəzifələrini icra edən Mariuş Petr Jak gedib.

 

Diplomatın diqqətinə çatdırıb ki, polşalı həkimin prosedurları pozaraq Mixeil Saakaşvilidən götürdüyü bioloji nümunəni klinikadan kənara çıxarmağa çalışması Gürcüstan tərəfində narahatlıq yaradıb. Görüş zamanı Polşa səfirliyinin rəsmisindən insidentlə bağlı mövqeyini bildirməsi istənilib. Diplomat insidentlə hansı davranışın səbəb olması ilə bağlı məlumatsız olduğunu ifadə edib.

 

“Saakaşvilinin azadlığa buraxılması qərargahı”nın rəhbəri Giorgi Çaladze baş verənlərdən sonra Saakaşvilinin Avropaya köçürülməsinin daha da çətinləşdiyini bildirib.

 

Qeyd edək ki, yaşanan insidentdən sonra Avropa Parlamentinin 44 deputatı Gürcüstan prezidenti Salome Zurabişviliyə, baş nazir İrakli Qaribaşviliyə və parlamentin sədri Şalva Papuaşviliyə məktub ünvanlayıb. Məktubda Mixail Saakaşvilinin Avropaya köçürülməsi məsələsi gündəmə gətirilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər