00:00:00
Yazar
Admin User
04.01.2026 08:29 73 1 dəq oxuma
Sosial

Sabah 10 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq

Sabah 10 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq

Yanvarın 5-də gözlənilən hava proqnozu açıqlanıb.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 1-3° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət 55-65% təşkil edəcək.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq.

 

Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər