00:00:00
Yazar
Admin User
08.10.2025 08:20 114 1 dəq oxuma
Sosial

Sabah 28 dərəcə isti olacaq

Sabah 28 dərəcə isti olacaq

Azərbaycanda oktyabrın 9-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Bu barədə "İnformator.az"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə zəif duman, az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-19° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 55-60 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şərq rayonlarında az çiskinli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər