00:00:00
Yazar
Admin User
07.01.2026 14:58 96 1 dəq oxuma
Siyasət

Sabah Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndəriləcək

Sabah Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndəriləcək

8 yanvar 2026-cı il tarixində Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyasından Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək.

 

"İnformator.az" "APA"ya istinadən xəbdata:text/mce-internal,daxildirər verir ki, daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton 92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton 95 markalı benzin daxildir.

 

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.

 

Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər