00:00:00
Yazar
Admin User
24.11.2025 18:16 76 1 dəq oxuma
Sosial

Sabah Bakının bu üç rayonunda qaz olmayacaq

Sabah Bakının bu üç rayonunda qaz olmayacaq

Sabunçu, Suraxanı və Qaradağ rayonlarında qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar 25.11.2025-ci il saat 10:00-dan bəzi ərazilərin qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Bu barədə "İnformator.az"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

 

Qeyd olunub ki, təmir-bərpa işləri aparılan zamanı Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsinin və Yeni massivin, Səngəçal qəsəbəsinin Yol evləri və Bağ evləri yaşayış ərazilərinin, həmçinin Qaraçuxur qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər