00:00:00
Yazar
Admin User
21.01.2026 19:04 74 1 dəq oxuma
Sosial

Sabah bu rayonda işıq olmayacaq

Sabah bu rayonda işıq olmayacaq

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun bəzi ərazilərində yanvarın 22-də elektrik enerjisinin verilişi dayandırılacaq.

 

"İnformator.az" xəbər verir ki, "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

 

Bununla əlaqədar olaraq Araz SES-dən qidalanan 35 kV Nehrəm və 35 kV Havalimanı elektrik xətləri razılaşdırılmış sifariş əsasında açılacaq. Bu səbəbdən Nehrəm, Araz, Ərəzin, Bənəniyar, Əbrəqunus, Saltaq, Milax, Ərəfsə, Ləkətağ , Kırna və Əlincə kəndlərində saat 11:00-dan 12:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər