00:00:00
Yazar
Admin User
12.01.2026 14:09 72 1 dəq oxuma
Sosial

Sabah bu şəhərdə qaz olmayacaq

Sabah bu şəhərdə qaz olmayacaq

Sabah Şirvan şəhərinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

 

Bu barədə "İnformator.az"a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

 

Bildirilib ki, Şirvan şəhəri Naxçıvan küçəsində yerləşən 1 264 mənzilli, 25 binadan ibarət "MİDA" MMC yaşayış kompleksinin təbii qazla təmin olunması məqsədilə yeni çəkilmiş qaz xəttinin texniki şərtə əsasən "Şirvan Əhali" ölçü qovşağından qidalanan diametri 530 mm-lik mövcud kollektora birləşdiriləcək.


Bu məqsədlə saat 10:00-dan etibarən işlər başa çatanadək Şirvan şəhərinin bir hissəsində (ümumi 4 705 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər