00:00:00
Yazar
Admin User
22.10.2025 14:31 161 1 dəq oxuma
Sosial

Sabah Sumqayıtın bəzi hissələrində qaz olmayacaq

Sabah Sumqayıtın bəzi hissələrində qaz olmayacaq

Sabah Sumqayıt şəhəri və Ceyranbatan qəsəbəsinin bir hissəsində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

 

"İnformator.az" xəbər edir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS-dən bildirilib.

 

Qeyd olunub ki, Sumqayıt şəhərində Tuq zavodu ərazisində yerləşən D76 mm-lik qaz xəttində sızmanın ləğv edilməsi, eləcə də Ceyranbatan qəsəbəsi, Parnik ərazisində yeni təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar olaraq, oktyabrın 23-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək 900 abonentin qaz təchizatında fasilə yaranacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər