00:00:00
Yazar
Admin User
15.10.2025 09:30 110 1 dəq oxuma
Sosial

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 15-dən 16-na keçən gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

 

Bu barədə "İnformator.az"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, oktyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-22° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65% olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında, axşama doğru isə əksər rayonlardan arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-6° isti, gündüz 8-13° isti olacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər