00:00:00
Yazar
Aysel Mirzəyeva
01.03.2026 15:17 13 1 dəq oxuma
Sosial

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Martın 2-də gözlənilən hava proqnozu açıqlanıb.


"İnformator.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

 

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65 % olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaq.


Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

#gündəm #hava #sabahın #açıqlanıb
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər