SAÇLARINI SAATLAR ARASINDA AĞARDAN KOLLEKSİONER
Zaman, vaxt məhfumu həmişə aktual olub. Onun hüzərində yazıçılar, alimlər baş sındırır. Bəşər övladı vaxtı ölçmək üçün saatı ixtira etsə də, onu çərçivəyə salmağın mümknüsüzlüyünü anlayır. Kanada əsilli tanınmış natiq Brayan Treysi deyir ki, vaxta qənaət etmək mümkün deyil, onu yalnız sərf etmək olar.
Saçını saatların arasında ağardan Ramiz Əliyev də zamandan faydalı məşğuliyyətlərə sərf etməyin vacib olduğunu hesab edir. Ramiz Əliyev vaxtının böyük hissəsini saat toplamaq üçün sərf etsə də, peşman olmadığını deyir. Kolleksionerin sözlərinə görə, onun kolleksiyasında 3 mindən artıq müxtəlif saat növü var. “Mexanizimləri çətin olan bu qurğular xüsusi qulluq tələb edir. Saatlara olan həvəs müsahibimə irsən keçib. Atası saat ustası olduğundan vaxt ölçən bu cihazlar onu özünə cəlb edib. Ailənin kiçik üzvləri də bu kolleksiaya biganə qalmırlar”.
Təcrübəli kolleksioner Ramiz Əliyev deyir, tez-tez saatlarla baş-başa qalmağı, onlarla ünsiyyətdə olmağı sevir. Boş vaxtı olan kimi onların yanına gəlir, bir-bir yoxlayır, təmizləyib, təmirə ehtiyacı olanları düzəldir. Sayları çox olsa da, hamısını tək-tək yoxlayır. Ramiz Əliyev sadiq dostlarını səsindən tanıyır.
Kolleksioner ziyarətçilərin təəssüratlarını öyrənmək üçün xatirə dəftəri də ayırıb. Bu məkana gələn hər kəs getməzdən əvvəl məkan haqqında fikirlərini qeyd edir.
QASIM
