Sağ qalmaq üçün iki gün qar yedi
Səkkiz yaşlı uşaq iki gün vəhşi təbiətdə sağ qalmaq üçün qar yeyib.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın Miçiqan ştatında meşədə itən səkkiz yaşlı uşaq iki gün qar yeyib, ağacın altına sığınaraq sağ qalıb. Nante Niemi adlı azyaşlı şənbə günü ailəsi ilə birlikdə Porcupine Mountains əyalət parkına gedib. O, odun yığmaq üçün gedərkən gözdən itib.
Rayon polisi onun xilas edilməsi üçün 150 nəfərdən ibarət axtarış əməliyyatına başlayıb. Komanda diqqətini parkın təxminən 100 kvadrat kilometrlik sahəsinə cəmlədyib. Nəhayət, o, düşərgəsindən təxminən 3 kilometr aralıda, bir taxtanın altında tapılıb. Ailəsinə təhvil verilən uşağın vəziyyətinin yaxşı olduğu deyilib.
Sayad
