Sahibə Qafarova Rusiyaya səfərə gedib - ŞƏRH
Sahibə Qafarovanım rəhbərlik etdiyi parlament nümayəndə heyəti Rusiyaya işgüzar səfərə gedib.
Səfərin məqsədi Commonwealth of Independent States Interparliamentary Assembly Şura iclası və 60-cı plenar sessiyada iştirak etməkdir.
Nümayəndə heyətini Saint Petersburg şəhərinin “Pulkovo 3” hava limanında rəsmi şəxslər qarşılayıblar. Qarşılayanlar arasında Azərbaycanın Rusiyadakı səfiri Rahman Mustafayev və MDB PA Şurasının baş katibi Dmitry Kobitsky də olub.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, Rusiya Azərbaycan münasibətlərində xeyli vaxtdır ki, müəyyən bir fasilə və durğunluq müşahidə olunmaqdadır:
"Bu müxtəlif sahələrdə özünü göstərir. Həm iqtisadi, həm regionların əməkdaşlığı, həm müxtəlif dövlət strukturlarının arasında təmaslar, həm də ümumiyyətlə, strateji siyasi münasibətlərdə özünü göstərir. Bəlli hadisələrlə əlaqədar olaraq yaranan bu vəziyyətin hələlik nə qədər davam edəcəyi bəlli deyil. Amma bütün hallarda Azərbaycan-Rusiya parlamentləri arasında əlaqələr heç nədən asılı olmayaraq öz-özünə inkişaf edən bir istiqamət kimi nəzərdən keçirilə bilməz. Təbii ki, parlamentlərin arasında əməkdaşlıq həmişə vacibdir. Bu dövlətlərin arasında əməkdaşlığın ən əhəmiyyətli və dinamik formalarından biridir. Amma təəssüf ki, başqa bir sıra sahələrdə Azərbaycan-Rusiya münasibətlərində fasilənin yaranması hələlik parlamentlər arasındakı münasibətlərdə sıçrayışlı bir inkişafın olacağını söyləməyə, təəssüf ki, imkan vermir. Amma, əlbəttə, parlamentlər arasında əməkdaşlıq bütün hallarda ölkələr arasında münasibətlərin həlledici sahəsi olmasa da, amma başqa digər sahələrin inkişafına, güclənməsinə bu və digər dərəcədə təsir göstərmək gücündə olan istiqamətdir. Yəqin ki, Azərbaycanla Rusiyanın arasında fasilənin yaranmasına səbəb olan müəyyən hadisələrin ətrafında əməkdaşlıq, birgə iş davam edəcək. Xüsusilə də, Azalın təyyarəsi ilə bağlı, vurulan təyyarə ilə bağlı Rusiyanın Rusiyada Azərbaycanla bağlı atılan müəyyən addımlar, Azərbaycan diaspora nümayəndələri ilə əlaqədar baş verən hadisələr və.s aydınlaşmalıdır ki, bütün başqa sahələrdə proseslər irəliləyə bilsin. Ancaq bütün hallarda, parlamentlər arasında əməkdaşlıq zəruridir. Ancaq parlamentlərin arasında əməkdaşlığın inkişaf etməsi konkret şəraitdə Rusiya-Azərbaycan münasibətlərində fasilə yaradan bir sıra məsələlərin həllinə təsir göstərməlidir. Əgər parlamentlər arasındakı əməkdaşlıq Azərbaycan-Rusiya münasibətlərində fasilə yaradan bəzi başqa məsələlərin həllinə də kömək edə bilsə, bu çox yaxşı bir hal olacaq. Ona görə də, Rusiya-Azərbaycan münasibətlərində yaranan fasilələrin Parlament əməkdaşlığı nəticəsində ortadan götürüləcəyinə sadəcə ümid etmək qalır".
Aişə Mustafayeva