00:00:00
Yazar
Admin User
03.02.2026 16:34 45 2 dəq oxuma
Siyasət

Şahzadənin oğlu 38 maddə ilə ittiham olunur

Şahzadənin oğlu 38 maddə ilə ittiham olunur

Norveç şahzadəsinin böyük oğlu, təcavüz də daxil olmaqla, bir neçə ittihamla mühakimə olunacaq.

“Marius Borq Höybiyə qarşı CM-in 38 maddəsi ilə ittiham irəli sürülüb, bunların arasında təcavüz, keçmiş partnyorlarından birinə qarşı yaxın münasibətdə zorakılıq, digərinə qarşı zorakılıq hərəkətləri və 3,5 kilo (7,7 funt) marixuana daşınması da var. Digər ittihamlara ölüm təhdidləri və yol hərəkəti qaydalarının pozulması daxildir.


Mövzu ilə bağlı, “İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, bu hadisə Norveç cəmiyyətində tez-tez vurğulanan “qanun qarşısında hamı bərabərdir” prinsipinin formal şüar yox, real mexanizm kimi işlədiyini göstərən nadir, amma simvolik nümunələrdən biridir:


“Şahzadə ailəsinə yaxın bir şəxsin ağır maddələrlə ittiham olunması və bu prosesin ictimaiyyətə açıq şəkildə hüquqi müstəvidə aparılması dövlət institutlarının şəxsə yox, əməlinə baxdığını nümayiş etdirir. Məhz bu yanaşma Norveç kimi ölkələrdə hüquq sisteminə olan etimadın əsas dayaqlarından sayılır. Burada əsas mesaj ondan ibarətdir ki, sosial status və ya ailə mənsubiyyəti hüquqi məsuliyyətdən yayınmaq üçün qalxan rolunu oynamır.
Digər tərəfdən, bu cür qalmaqallar gənc nəsildə monarxiyaya münasibətdə emosional simpatiyadan çox rasional baxışı gücləndirir. Gənclər üçün artıq əsas meyar “müqəddəs ailə” anlayışı deyil, institutların şəffaflığı və etik davranışa reaksiyasıdır. Elit ailələrin üzvlərinin şəxsi davranışları birbaşa dövlətin əxlaqi nüfuzuna çevrilməsə də, bu davranışlara verilən hüquqi və ictimai reaksiya həlledici rol oynayır. Əgər sistem güzəştə getmirsə, monarxiya belə qalmaqallara baxmayaraq legitimliyini qoruya bilir, əks halda isə tənqid hədəfi artıq konkret fərd yox, bütövlükdə dövlət simvoluna çevrilir”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər