SAM-ın direktoru Qazaxıstana səfər edib
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov Qazaxıstan Respublikasının Astana şəhərinə səfər edib.
SAM-ın mətbuat xidmətindən İnformator-a verilən məlumata görə, səfərin məqsədi Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (KИСИ) tərəfindən keçiriləcək “Avrasiyanın nəqliyyat dəhlizləri: əməkdaşlığın yeni yolları” mövzusunda konfransda iştirak və çıxış etməkdir.
Tədbirdə Qafqaz - Mərkəzi Asiya ölkələrinin transavrasiya nəqliyyat dəhlizindəki rolu, region ölkələrində reallaşdırılan infrastruktur layihələri, nəqliyyat dəhlizində iştirakın ölkələrarası ticarətin artması və regiona xarici investisiyaların cəlb edilməsindəki rolu və s. mövzularda muzakirələr nəzərdə tutulub.
