Sana şəhəri bombalanır
Səudiyyə və müttəfiqlərinin Yəmənin paytaxtı Sana şəhərinə endirdiyi aviazərbələr davam edir
Səudiyyə və müttəfiqlərinin Yəmənin paytaxtı Sana şəhərinə endirdiyi aviazərbələr davam edir.Sana şəhərindəki bir silah anbarı bombalanıb. "Aljazeera" müxbirlərinin bildirdiyinə görə partlayış çox güclü olub. "Yəmən" probleminin həll edilməsi uğrunda danışıqlar isə davam edir.
Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer (Frank Walter Steinmeier) Almaniya televiziya kanalı "ARD"-a verdiyi müsahibədə Yəmən probleminin yeganə həll yolunun siyasi danışıqlardan keçdiyini bildirib.
